www.undpforblacksea.org www.usazeris.org

Azərbaycanda Təhsilin İnkişafı Fondu

ATİB Azərbaycan iqtisadiyyatının inkişafının insan resurslarının inkişafı ilə birbaşa bağlı olduğuna inanır və bu baxımdan insan resurslarının inkişaf etdirilməsini Azərbaycan cəmiyyətinin, o cümlədən iş adamlarının qarşısında duran əsas vəzifələrdən biri hesab edir. İnsan resurslarının inkişaf etdirilməsində isə təhsil önəmli yer tutur. Bu baxımdan, ATİB 2005-ci ildə Təhsil TV layihəsinin həyata keçirilməsi istiqamətində fəaliyyətə başlamışdır. Bu layihəyə əsasən, Azərbaycanda 2-3 yaşlı uşaqlardan tutmuş yaşlı insanlara qədər əhalinin televiziya vasitəsilə ən müxtəlif mövzularda interaktiv təhsilini həyata keçirəcək bir telekanalın yaradılması nəzərdə tutulur.

Təhsil TV layihəsinin həyata keçirilməsi resursların koordinasiyasını tələb etdiyindən daha sonra məqsədi bu layihənin həyata keçirilməsi ilə yanaşı, insanların ümumi mənafeyinə xidmət edəcək və insan resurslarının inkişafına yönələn iri miqyaslı digər layihələrin maliyyələşdirilməsi, Azərbaycanda elmi tədqiqatların aparılmasına yardım edilməsi və gənc tədqiqatçıların (alimlərin) təcrübəsinin artırılması istiqamətində xarici ölkələrə işgüzar səfərlərinin təmin edilməsi və s. olacaq Azərbaycanda Təhsilin İnkişafı Fondunun yaradılması qərara alınmışdır.

ATİB Azərbaycanda Təhsilin İnkişafı Fondunun yaradılması üçün Heydər Əliyev Fondu ilə əməkdaşlıq etmək niyyətindədir. Hazırda isə bu istiqamətdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, beynəlxalq təşkilatlar, o cümlədən UNDP, UNİCEF, çoxsaylı elm və təhsil ocaqları ilə əməkdaşlıq etməkdədir. Hazırda fondun nizamnaməsi hazırlanıb və müvafiq təşkilatlarla razılaşdırılmaqdadır.

ATİB Azərbaycanda təhsilin və ümumilikdə insan resurslarının inkişaf etidirlməsində maraqlı olan hər bir tərəfi bu layihə çərçivəsində əməkdaşlığa dəvət edir.


AtaHolding AzerCell