Azərbaycan-Türkiyə-ABŞ əlaqələri konsepsiyası (ATUS)
ATİB-in ilk növbədə Türkiyə ilə Azərbaycan,
sonra isə Türkiyə, Azərbaycan və digər ölkələr arasında əlaqələrin daha da
inkişaf etdirilməsi missiyasının təzahürü olaraq, 2007-ci ildə
"Azərbaycan-Türkiyə-ABŞ Əlaqələri" - ATUS Konsepsiyasını işləyib-hazırlamışdır.
Bu Konsepsiya Avrasiya regionun üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi
əlaqələri gücləndirməyi və biznes sahəsində tərəfdaşlığı inkişaf etdirməyi
nəzərdə tutur. Konsepsiya strateji əhəmiyyətə malik Avrasiya regionunda hər bir
ölkənin məqsədlərini və onların bu məqsədlərə çatmaq üçün birgə fəaliyyət
istiqamətlərini müəyyən etməyə çalışır. Bununla əlaqədar meydana çıxan
məsələlər ATUS konsepsiyası çərçivəsində müntəzəm olaraq təşkil olunan
beynəlxalq elmi-praktik konfranslarda müzakirəyə çıxarılır. Konfranslar bu
ölkələrin hər birində növbə ilə keçirilir.