ATİB-in VİZYONU
ATİB Azərbaycanı və Türkiyəni regionun və
dünyanın inkişaf etmiş ölkələri sırasında görür və bunun üçün, öncəliklə
Azərbaycan və Türkiyə arasında, daha sonra isə Azərbaycan və Türkiyənin digər
ölkələrlə iqtisadi, sosial və mədəni əlaqələrinin inkişaf etdirilməsinin
vacibliyinə inanır.
ATİB-in
MİSSİYASI
ATİB
Azərbaycanda fəaliyyət göstərən Türkiyəli və Azərbaycanlı iş adamlarını bir
yerdə toplayaraq ölkələrin davamlı iqtisadi inkişafına nail olmaq istiqamətində
səfərbər etmək, hər iki ölkənin sahib olduğu potensialından birlikdə istifadə
etmək və üçüncü ölkələrdə ortaq tanıtım yolu
ilə bir SİNERJİ yaratmaq üçün qurulmuşdur.
ATİB-in TƏMƏL DƏYƏRLƏRİ
- liderlik: öz sahəsində lider olan bir təşkilat kimi mövqelərini qorumaq və
daha da gücləndirmək;
- müstəqillik: fəaliyyətində bütün maraq tərflərinin ehtiyaclarını və maraqlarını
nəzərə almaqla yanaşı, heç bir tərəfdən asılı olmamaq, müstəqil şəkildə öz
strategiyasını və fəaliyyət planını müəyyənləşdirib icra etmək;
- dürüstlük: xidmət benefisiarlarına və bütövlükdə cəmiyyətə qarşı dürüst
davranmaqla öz müsbət reputasiyasını daim qorumaq;
- ədalətlilik: baş verən hadisələrə münasibətdə və işçi heyəti ilə qarşılıqlı
fəaliyyətdə bərabərlik və obyektivliyə nail olub məsuliyyət və səlahiyyətin
optimal nisbətini tapmaq;
- innovativlik: resurslardan istifadənin və fəaliyyətin səmərəliliyini artırmaq üçün
daim yenilikləri öyrənmək və tətbiq etmək;
- açıqlıq: yerli, regional və qlobal təşəbbüslərə çevik qoşulma, müxtəlifliklərə və fərqli
münasibətlərə dözümlü yanaşma.