www.undpforblacksea.org www.usazeris.org

Rəhbər Orqanlar


Ümumi Yığıncaq

ATİB-in Ali İdarəetmə Orqanı Ümumi Yığıncaqdır. Ümumi Yığıncağın iclasları növbəti və növbədənkənar ola bilər. Ümumi Yığıncağın növbəti iclasları ildə bir dəfədən az olmayaraq müvafiq təqvim ili başa çatdıqdan sonra üç aydan gec olmayan müddətdə İdarə Heyəti tərəfindən çağırılmalıdır. Ümumi Yığıncaq barədə əlavə məlumatı ATİB-in nizamnaməsindən əldə etmək olar.

İdarə Heyəti

ATİB-in fəaliyyətinə cari rəhbərlik Ümumi Yığıncağa hesabat verən və onun kollegial icra orqanı olan Idarə Heyəti tərəfindən həyata keçirilir. İdarə Heyəti tək sayda olmaqla azı üç fiziki və (və ya) hüquqi şəxsin qanuni təmsilçilərindən ibarət olur. İdarə Heyətinin üzvləri Ümumi Yığıncağın iclasında Birliyin üzvləri sırasından iki ildən az üç ildən çox olmayan müddətə seçilir (təyin edilir). İdarə Heyətinin sədri iki dəfədən artıq təkrarən seçilə (təyin edilə) bilməz. İdarə Heyətinin sədri Ümumi Yığıncaq tərəfindən İdarə Heyətinin üzvləri arasından seçilir. İdarə Heyəti barədə əlavə məlumatı ATİB-in nizamnaməsindən əldə etmək olar.

Təftiş Komissiyası

Təftiş Komissiyası ATİB-in maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti və onun təftişini həyata keçirmək məqsədi ilə üç fiziki və (və ya) hüquqi şəxsdən ibarət yaradılır. Təftiş Komissiyasının üzvləri Ümumi Yığıncağın iclasında Birliyin üzvləri sırasından seçilir. Təftiş Komissiyasının üzvü İdarə Heyətinin üzvü ola bilməz. Təftiş Komissiyası Birliyin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət və illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan Ümumi Yığıncaq illik balansı təsdiq edə bilməz. Təftiş Komissiyası barədə əlavə məlumatı ATİB-in nizamnaməsindən əldə etmək olar.

Ali Məsləhət Şurası

ATİB-in Ali Məsləhət Şurası ATİB-in İdarə Heyətinin qərarı ilə yaradılır və ATİB İdarə Heyətinin və Katibliyinin ATİB-in fəaliyyətinə ümumi rəhbərliyi üzrə funksiyalarının effektiv yerinə yetirilməsini təmin edən məsləhətverici – məşvərətçi orqandır. ALİ MƏSLƏHƏT ŞURASI ATİB-in adından hərəkət etmək hüququna malik deyil və onun qərarı ATİB-in İdarə Heyəti üçün tövsiyə xarakteri daşıyır.

İcra Heyəti

ATİB-in İcra Heyəti ATİB-in fəaliyyəti üzərində operativ rəhbərliyi həyata keçirir. İcra Heyəti İdarə Heyəti tərəfindən seçilir. İdarə Heyətinin səalhiyyət müddəti bitdikdə İcra Heyətinin də səlahiyyət müddəti bitmiş hesab edilir. İcra Heyəti İdarə Heyətinin öz fəaliyyəti barədə məlumatlandırır. İdarə Heyətinin İcra Heyətini yenidən seçmək hüququ vardır.

Katiblik

Peşəkar mütəxəssislərdən formalaşdırılan ATİB Katibliyi Birliyin cari fəaliyyətinin həyata keçirilməsini təmin edir. ATİB Katibliyinə Birliyin İdarə Heyəti tərəfindən təyin edilən Baş katib rəhbərlik edir.


AtaHolding AzerCell