www.undpforblacksea.org www.usazeris.org

Universitetlərlə əməkdaşlıq

İş dünyasının və biznes mühitinin inkişaf etməsində universitetlərlə və ali təhsil ocaqları ilə sıx əməkdaşlıq platformunun formalaşdırılmasının zəruriliyini dərk edən ATİB ötən illər ərzində həm Azərbaycan, həm də Türkiyənin ali təhsil müəssisələri ilə yaxın əməkdaşlıq əlaqələri qurmuşdur.

8 iyun 2006-cı ildə ATİB ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) arasında imzalanmış əməkdaşlıq memorandumunu buna misal göstərmək olar. Memorandumun 2.5 maddəsinin "Mütəxəssis hazırlığında istehsalatın tələblərinin tədris prosesində nəzərə alınması" müddəasına əsasən, AMİU-nin tələbələrinin təşəbbüskarlığının və istehsalat praktikasına olan həvəslərinin daha da artırılması məqsədi ilə ATİB “Ən Yaxşı Avtopark Layihəsi” mövzusunda müsabiqə elan etmişdir. Müsabiqənin mövzusu əhalisinin sayı getdikcə artmaqda olan Bakı şəhərinin qlobal problemlərindən sayılan “Müasir Standartlara Uyğun Avtopark”dır.

27 noyabr 2007-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən tədbir zamanı qaliblərə AMİU rektoru Gülçöhrə Məmmədova və ATİB İdarə Heyətinin Sədri Ahmet Erentok tərəfindən birinci yerin sahibinə 1000 manat, ikinci yerin sahibinə 500 manat, üçüncü yerin sahibinə isə 250 manat dəyərində pul mükafatları təqdim edilmişdir.

Ötən illər ərzində Azərbaycanın Memarlıq və İnşaat Universiteti (AMİU), Xəzər Universiteti, Türkiyənin Bilkent Universiteti, Selcuk Universiteti, Bahçeşehir Universiteti, Orta Doğu Teknik Universiteti, Şimali Kiprin Doğu Akdeniz Universiteti, Yakın Doğu Universiteti, Rusiyanın Müasir Humanitar Akademiyası, ABŞ-ın Con Hopkins Universiteti ilə müvafiq əlaqələr qurulmuş və inkişaf etdirilmişdir.

ATİB ümid edir ki, universitetlərlə əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyə də daxil olmaqla regionda insan resurslarının inkişafına öz töhfəsini verə biləcəkdir. ATİB bu çərçivədə digər ali təhsil müəssisələri ilə də əməkdaşlıq etməkdə maraqlıdır və müvafiq təklifləri nəzərdən keçirməyə hazırdır.


AtaHolding AzerCell