www.undpforblacksea.org www.usazeris.org
12.05.2011

ATİB təmsilçiləri beynəlxalq seminarda iştirak ediblər

Seminar Qara dəniz və Xəzər dənizi İş Adamları Konfederasiyaları Birliyi (UBCCE) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfindən birgə həyata keçirilən "UBCCE ölkələrində yaşıl biznesi dəstəkləmə strategiyasının hazırlanması" layihəsi çərçivəsində təşkil edilmişdir.



22.04.2011

ATİB quruluşunun 7-ci ilini “Bahar gecəsi” ilə qeyd etdi

Tədbirdə ATİB-in bir çox üzvünə ATİB-in fəaliyyətlərinə verdikləri hər tərəfli dəstəyə görə təşəkkür plaketləri, yeni üzv olanlara isə üzvlük plaketləri təqdim olundu



31.03.2011

ATİB-in ÜMUMİ YIĞINCAĞI KEÇİRİLDİ

Ümumi Yığıncaqda İdarə Heyətinin tərkibinin tam şəkildə formalaşdırılması üçün İdarə Heyətinə yeni üzvlər seçilməsi məsələsinə baxıldı



15.03.2011

UBCCE-nin Ümumi Yığıncağı keçirildi

Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyini (ATİB) İdarə Heyəti sədrinin müavini, baş katib Rəşad Rəsullu təmsil etdi.



07.03.2011

ATİB qadınlara həsr edilmiş tədbirə dəstək verdi

Beynəlxalq Qadınlar Günü ərəfəsində, 5 mart 2011-ci ildə “TedxBakı”nın təşkilatçılığı və Azərbaycan Türkiyə İş Adamları Birliyinin dəstəyi ilə TEDxBakı Women konfransı keçirilib.



09.02.2011

Dövlət Miqrasiya Xidmətinin nümayəndələrinin ATİB üzvləri ilə görüşü keçirildi

Görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikasında miqrasiya prosesləri, immiqrasiya, emiqrasiya, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma və viza müddətlərinin uzadılması məsələləri və s. barədə ATİB üzvlərini məlumatlandırmaq idi.



19.01.2011

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Maliyyə Nazirliyinin nümayəndələrinin ATİB üzvləri ilə görüşü keçirildi

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi idarəsinin rəis müavini Məhərrəm Məhərov və Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə müdiri Mahir Abdullayev ilə ATİB üzvlərinin görüşü keçirilib.



14.01.2011

“Azərbaycan İnvestorlar Sammiti”

2-3 mart 2011-ci ildə Hyatt otelində Euroconvention Conferences və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə “Azərbaycan İnvestorlar Sammiti” keçiriləcək. Tədbir çərçivəsində plenar iclaslar, tematik sessiyalar, investorlarla görüşlər və müzakirələr keçiriləcək. Sammitin proqramına ümumiyyətlə Azərbaycanın dövlət qurumları, iri şirkət və təşkilatların nümayəndələrinin çıxışı və təqdimatları daxil edilib.



13.12.2010

“Azərbaycanda yaşıl iqtisadiyyatın və yaşıl biznesin perspektivləri” adlı seminar keçirilib

13 dekabr 2010-cu ildə Park İnn otelinin “Dan Ulduzu” zalında Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), ATİB-in birinci vitse-prezidenti olduğu Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı və “CNİM” şirkətinin dəstəyi ilə “Azərbaycanda yaşıl iqtisadiyyatın və yaşıl biznesin perspektivləri” mövzusunda beynəlxalq seminar keçirildi.



18.11.2010

ATİB nümayəndəsi Berlində keçirilən VCF-da iştirak edib

18-19 noyabr 2010-cu ildə ATİB beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Fərid Məlikov Berlində keçirilən “Şərq tərəfdaşlığı vətəndaş cəmiyyəti Forumu”nda iştirak etmişdir.



31.10.2010

ATİB-in təşkilatçılığı ilə konsert proqramı təşkil olundu

31 oktyabr 2010-cu il tarixində Heydər Əliyev adına sarayda Türkiyə Cümhuriyyətinin quruluşunun 87-ci ildönümü münasibətilə Türkiyə Respublikasının ölkəmizdəki Səfirliyinin himayəsində və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə Azərbaycanın əməkdar artisti Azərinin və Türkiyənin pop musiqisi sənətçisi Yusuf Güneyin iştirakı ilə konsert proqramı təşkil olundu



25.10.2010

“ATİB tələbələr üçün müsabiqə elan edir”

ATİB tələbələr arasında “Yaşıl iqtisadiyyat” mövzusunda esse (məqalə) müsabiqəsi elan edir. Müsabiqədə Azərbaycanın bütün ali məktəblərində təhsil alan tələbələr iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən tələbələr aşağıdakı mövzulardan biri barədə öz məqalələrini yazmalıdırlar:



23.10.2010

ATİB nümayəndələri Qara Dəniz QHT Forumunda iştirak etdilər

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) Layihələr və Tədqiqatlar şöbəsinin müdiri Kənan Aslanlı və Beynəlxalq Əlaqələr üzrə baş mütəxəssisi Fərid Məlikli 21-23 Oktyabr 2010-cu ildə Rumıniyanın Konstanta şəhərində təşkil olunan Qara Dəniz QHT Forumunda iştirak ediblər



13.10.2010

ATİB ofisində jurnalistlər üçün seminar keçirildi

13 oktyabr 2010-cu il tarixində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində “Yaşıl İqtisadiyyat” konsepsiyasının mahiyyəti və komponentləri mövzusunda jurnalistlər üçün seminar keçirilib. Seminarda çıxış edən ATİB-in layihələr və tədqiqatlar şöbəsinin müdiri, iqtisadçı Kənan Aslanlı bildirib ki, bu il “Ekologiya ili” olduğundan bu mövzuya toxunmaq zərurəti hiss etsələr də, bu mövzu daim gündəmdə olmalıdır.



07.10.2010

“Azərbaycanın turizm sektoru” hesabatının təqdimatı keçirildi

Azərbaycan – Türkiyə İş Adamları Birliyi (ATİB) Azərbaycanda fəaliyyət göstərən iş adamlarının iqtisadi və sosial sahədə informasiya ilə təminatını yaxşılaşdırmaq, onlara yol göstərmək, eləcə də ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyətlərinə dəstək vermək məqsədi ilə müxtəlif mövzularda tədqiqatlar aparır və hesabatlar çap edir. ATİB bu ildən tədqiqatlar sahəsindəki fəaliyyətini daha da genişləndirmək və sistemləşdirmək üçün addımlar atmışdır. Bu proqram çərçivəsində “Azərbaycanın turizm sektoru” mövzusunda hazırlanmış tədqiqatın 07 oktyabr 2010-cu ildə ATİB ofisində ictimai müzakirəsi təşkil edilmişdir.



30.09.2010

“Azərbaycanın kənd təsərrüfatı, aqrar-sənaye və qida sektoru” hesabatının təqdimatı keçirildi

Azərbaycan – Türkiyə İş Adamları Birliyi (ATİB) Azərbaycanda fəaliyyət göstərən iş adamlarının iqtisadi və sosial sahədə informasiya ilə təminatını yaxşılaşdırmaq, onlara yol göstərmək, eləcə də ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyətlərinə dəstək vermək məqsədi ilə müxtəlif mövzularda 2008-ci ildən müvafiq tədqiqat proqramı həyata keçirir və hesabatlar çap edir. ATİB bu ildən tədqiqatlar sahəsindəki fəaliyyətini daha da genişləndirmək və sistemləşdirmək üçün addımlar atmışdır. Bu proqram çərçivəsində “Azərbaycanın kənd təsərrüfatı, aqrar-sənaye və qida sektoru” mövzusunda hazırlanmış tədqiqatın 30 sentyabr 2010-cu ildə ATİB ofisində ictimai müzakirəsi təşkil edilmişdir.



16.09.2010

Dr. Orhan Çekiç BDU və Ali Hərbi Məktəbin tələbələri qarşısında mühazirə ilə çıxış edib

16 sentyabr 2010-cu ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı və Azercell şirkətinin tərəfdaşlığı ilə Türkiyənin Maltepe Universitetinin və Hərb Akademiyaları Strateji Araşdırmalar İnstitutunun müəllimi Dr. Orhan Çekiç Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbələri və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müdavimləri qarşısında mühazirə ilə çıxış edib.



15.09.2010

ATİB Bakının işğaldan azad edilməsi münasibətilə Atatürk Mərkəzində tədbir keçirdi

15 sentyabr 2010-cu ildə Bakıda, Atatürk Mərkəzində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı və Azercell şirkətinin tərəfdaşlığı ilə 1918-ci il sentyabr ayının 15-də işğal altında olan Bakının Azərbaycan Demokratik Respublikasının milli ordusu və Nuri Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusu tərəfindən azad edilməsinin ildönümünə həsr edilmiş tədbir keçirildi.



29.07.2010

ATİB Azərbaycan-Türkiyə biznes-forumuna təşkilati dəstək verib

Zafer Çağlayan bütün dünyanın diqqətini Azərbaycana çəkmək istədiyini qeyd edib.



20.05.2010

ATİB və AZERCELL-in dəstəyi ilə Atatürk və Heydər Əliyev adına “Gənclik turniri” təşkil edilib

Turnirdə 1-ci olmuş komandaya mükafatlar Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı təhsil müşaviri Halis Koyuncuoğlu tərəfindən təqdim edilib.



23.03.2010

Muğam Teatrında görüş

Süfrə ətrafında baş tutan səmimi görüşdə təşkilatla əməkdaşlıq edən KİV nümayəndələri, təşkilatın yarandığı gündən etibarən fəaliyyətinə dəstək verən şəxslər və ATİB Katibliyinin nümayəndələri iştirak etdilər.



19.03.2010

ATİB İdarə Heyətinə yeni sədr seçildi

2004-2010-cu illərdə ATİB İdarə Heyətinin sədri vəzifəsini tutmuş və səlahiyyət müddəti başa çatmış Ahmet Erentok Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Fəxri Sədri seçildi.



19.03.2010

"Qızıl Çarx" mükafatları sahiblərinə təqdim edildi

Mükafat Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA)yaradılmasında əməyi olan şəxslərə verildi.



16.03.2010

“Beynəlxalq idarəetmə sistemlərinin Azərbaycanda tətbiqi vəziyyəti və perspektivləri”

13 Mart 2010-cu ildə ATİB ofisində “Beynəlxalq idarəetmə sistemlərinin Azərbaycanda tətbiqi vəziyyəti və perspektivləri” mövzusunda seminar keçirildi. Tədbir Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və ASR Konsaltinq və Araşdırma Qrupunun birgə təşkilatçılığı ilə baş tutdu.



06.03.2010

“Keyfiyyəti idarəetmə sisteminin mahiyyəti və səmərələri”

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və ASR Konsaltinq və Araşdırma Qrupunun birgə təşkil etdiyi seminarın məqsədi iş adamlarını məlumatlandırmaq və ISO sisteminin tətbiqinin əhəmiyyəti ilə tanış etmək idi.



14.10.2009

“Azərbaycanda təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri”

14 oktyabr 2009-cu ildə ATİB ofisində “Azərbaycanda təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri” mövzusunda hazırlanmış tədqiqatın ictimai müzakirəsi təşkil edilmişdir. Layihənin əsas məqsədi Azərbaycanda mövcud olan təhsil sisteminin vəziyyətini ətraflı qiymətləndirmək, onun üstün və çatışmayan cəhətlərinə nəzər yetirmək, inkişaf meyllərini nəzərə almaqla təkmilləşmə, o cümlədən biznes əməkdaşlığı istiqamətində tövsiyələri irəli sürməkdən ibarətdir.



12.10.2009

Azərbaycan Türkiyə Iş Adamları Birliyi (ATİB) və Asiya və Sakit Okean zonası üzrə Maliyyə İnstitutlarının İnkişafı Assosiasiyası (ADFIAP) arasında əməkdaşlıq protokolu imzalandı

Protokolu ATİB tərəfindən İdarə Heyətinin sədri Ahmet Erentok, ADFIAP tərəfindən isə Baş Katib Oktavio Borlaza Peralta imzalamışdır.



27.08.2009

ATİB İdarə Heyətinin sədri Ahmet Erentok Kanadada işgüzar görüşlər keçirmişdir

Ahmet Erentok səfər çərçivəsində Atlantik Şurasının Prezidenti Juli Lindhout, Kanada Türk Dərnəkləri Federasiyasının Prezidenti və Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) İdarə Heyəti üzvü Nedim Düzenli, Kanada Azərbaycan Ticarət Mərkəzinin Sədri Roman İbrahimov, Ontario Azərbaycanlıları Assosiasiyasının rəhbəri Cavad Zərrin, Azərbaycan-Kanada Dostluq Assosiasiyasının rəhbəri Esmira Əsədova, Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin rəhbəri Əkbər Məcidov, AzCan Media Yayım şirkətinin Direktorlar Şurasının üzvü Eldar Məlik-Abbas, Kanada İmmiqrant İnvestor proqramının müşaviri Hüseyn Kuday ilə görüşmüşdür.



11.06.2009

Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilik Şurasının üçüncü iclası keçirildi

Asim Mollazadə İdarə Heyətinin sədri, Ahmet Erentok və Ceyhun Mollazadə İdarə Heyəti sədrinin müavinləri, Adil Bağırov, Orhan Samast, Korhan Yurtsever və Ural Aküzüm İdarə Heyətinin üzvləri seçildilər.



21.05.2009

“Korporativ Sosial Məsuliyyət (KSM) prinsiplərinin tətbiqinin özəl şirkətlər üçün praktiki faydaları”

21 may 2009-cu ildə ATİB ofisində BMT İnkişaf Proqramı (BMTİP) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) StatoilHydro Şirkətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda Qlobal Saziş” Layihəsi çərçivəsində “Korporativ Sosial Məsuliyyət (KSM) prinsiplərinin tətbiqinin özəl şirkətlər üçün praktiki faydaları” mövzusunda ATİB üzvləri üçün seminar təşkil etdi.



14.05.2009

“Azərbaycanda azad rəqabətin mövcud vəziyyəti və ölkə iqtisadiyyatına təsiri”

“Azərbaycanda azad rəqabətin mövcud vəziyyəti və ölkə iqtisadiyyatına təsiri” mövzusunda 13 may 2009-cu ildə ATİB ofisində ictimai müzakirəsi təşkil edilmişdir. Araşdırmanın əsas məqsədi Azərbaycanda rəqabət mühitinin istər dövlət üçün, istərsə də şirkətlər üçün xüsusi önəmə malik ünsürlərinin nədən ibarət olmasını müəyyən etməkdir.



01.05.2009

ATİB Azərbaycanın maliyyə sektoru üzrə hesabat təqdim etdi

Hesabat Azərbaycan Respublikasının maliyyə xidmətləri bazarının əsas seqmentləri olan bank, qeyri-bank kredit bazarı, sığorta, lizinq bazarı, həmçinin hər bir bazarı tənzimləyən hüquqi baza və bazarların problemləri haqqında ətraflı məlumat verir.



07.04.2009

ATİB-in Ümumi Yığıncağının növbəti iclası keçirildi

R.Rəsullu Təşkilatın 2009-2013-cü illər üçün strategiyası sənədini təqdim etdi: “Əsas hədəfləmizdən biri Azərbaycanın qeyri-neft sektoruna investisiya yönəldilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafının həyata keçirdiyimiz fəaliyyətlər vasitəsi ilə dəstəklənməsidir.”



16.03.2009

Vergilər Nazirliyinin əməkdaşları ilə ATİB üzvləri arasında görüş keçirildi

13 mart 2009-cu ildə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) üzvlərinin Azərbaycan Vergilər Nazirliyinin idarə rəisləri ilə görüşü keçirilib.



12.03.2009

Azərbaycanın səhiyyə sektorunun mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı tədqiqat aparılıb

Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) «Azərbaycanın səhiyyə sektoru: mövcud vəziyyət və inkişaf perspektivləri» mövzusunda hazırlanmış tədqiqatını ictimai müzakirəyə çıxarıb.



02.03.2009

Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin ATİB üzvləri ilə görüşü keçirildi

Görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikasının sosial sığorta və əmək pensiyası siyasəti, icbari sosial sığorta, fərdi uçot sistemi və s. barədə iş adamlarını məlumatlandırmaq idi.



25.02.2009

“Xocalı qətliamı. Bu, son olsun!”

25 fevral 2009-cu ildə ATİB ofisində Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu (ATAF) tərəfindən Xocalı Soyqırımının ildönümünə həsr olunmuş “Xocalı qətliamı. Bu, son olsun!” adlı qısametrajlı filmin təqdimat mərasimi və mətbuat konfransı keçirildi.



23.02.2009

Dövlət Gömrük Komitəsinin nümayəndələrinin ATİB üzvləri ilə görüşü keçirildi

Görüşün keçirilməsində məqsəd gömrük siyasəti və qanunvericiliyi sahəsində yeniliklər, vahid pəncərə sisteminin tətbiqi, gömrük tarifləri və s. barədə iş adamlarını məlumatlandırmaq idi.



02.02.2009

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin ATİB üzvləri ilə görüşü keçirildi

Görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Sosial İnkişaf» layihəsi, əmək qanunvericiliyi, əcnəbi vətəndaşların Azərbaycanda çalışmaları üçün zəruri olan prosedur, işəgötürən və işçi hüquqları, dövlətin pensiya siyasəti barədə və s. barədə iş adamlarını məlumatlandırmaq idi.



26.01.2009

Dövlət Miqrasiya Xidmətinin nümayəndələrinin ATİB üzvləri ilə görüşü keçirildi

Görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikasında miqrasiya prosesləri, immiqrasiya, emiqrasiya, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma və viza müddətlərinin uzadılması məsələləri və s. barədə ATİB üzvlərini məlumatlandırmaq idi.



03.12.2008

Muğam Teatrında görüş

Çay süfrəsi ətrafında baş tutan səmimi görüşdə Təşkilatla əməkdaşlıq edən KİV nümayəndələri iştirak etdilər.



16.11.2008

Bakıda Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilər Şurasının ikinci iclası keçirildi

15 noyabr 2008-ci ildə Bakıda, Atatürk Mərkəzində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təsisçisi olduğu Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilər Şurasının ikinci iclası keçirildi.



08.10.2008

ATİB-in dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin konserti keçirildi

Konsertdə M.Bekenin “Ayşenin fantaziyası”, A.Vivaldinin “İlin fəsilləri”, “Yay”, P.Sarasatenin “Əndəlis” romansı, H.Şensoyun “Səhnələr”, Frank Britişn mövzusu üzərində sariasiyalar səsləndirilmişdir.



07.10.2008

Vaşinqtonda ATAF Himayəçilik Şurasının toplantısı keçirildi

2-3 oktyabr 2008-ci ildə Vaşinqtonda ATAF-ın (Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu) Himayəçilik Şurasının ABŞ-dakı üzvlərinin toplantısı keçirildi.



02.10.2008

ATAF Araşdırma Konfransı

Konfransda Azərbaycan, Türkiyə və ABŞ-ın bir sıra təşkilatlarının nümayəndələri, universitet təmsilçiləri, elm adamları və ictimai xadimlər iştirak etdilər.



18.06.2008

Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilik Şurasının ilk iclası keçirildi

14 iyun 2008-ci ildə Ankarada, Türk Tarix Qurumunun inzibati binasında Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilik Şurasının ilk iclası keçirildi.



06.06.2008

ATİB ofisində mətbuat konfransı

Mətbuat konfransının keçirilməsində məqsəd ATİB-in təşəbbüsü ilə yaradılan Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilik Şurasının 14 iyun 2008-ci ildə Ankarada keçiriləcək ilk toplantısı barədə ictimaiyyəti məlumatlandırmaq idi.



05.06.2008

ATİB üzvlərinin Professor Justin McCarthy ilə görüşü keçirildi

Görüşün keçirilməsində məqsəd ATİB-in Azərbaycan və Türkiyənin ortaq problemi olan “erməni məsələsi” üzrə həyata keçirdiyi layihə barədə ATİB üzvlərini məlumatlandırmaq və bu məsələ ilə bağlı Professor Justin McCarthynin fikirləri ilə tanış olmaq idi.



16.05.2008

ATİB üzvlərinin toplantılı şam yeməyi

Azərbaycan Türkiyə İş Аdamları Birliyi (ATİB) 16 may 2008-ci ildə “Mozart Kafesi”ndə “Üzvlərlə Toplantılı Şam Yемəyi” keçirdi.



17.04.2008

ATİB "Qızıl Çarx" mükafatını təqdim etdi

17 aprel 2008-ci Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) yaranmasının dörd illiyi münasibətiilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Qızıl çarx" mükafatının təqdimat mərasimi keçirildi.



07.04.2008

ATİB üzvləri Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin nümayəndəsi ilə görüşüblər

Aprelin 4-də Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin investisiyaların cəlb edilməsi və özəlləşdirmə şöbəsinin müdiri Azər Bəşirov ilə görüşüb.



17.03.2008

Şahmat üzrə ATİB kubokunun qalibləri müəyyən edildi

15-16 mart 2008-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvü olan şirkətlərin əməkdaşları arasında şahmat üzrə Birinci ATİB Kuboku keçirilmişdir.



14.03.2008

ATİB üzvləri Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə görüşdülər

14 mart 2008-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Əzizağa Hüseynov və baş inspektoru Mail İbrahimovla qurum üzvlərinin görüşü olmuşdur.



13.03.2008

Türkiyənin Azərbaycandakı yeni səfirinin ATİB ofisini ziyarəti

13 mart 2008-ci ildə Türkiyənin Azərbaycandakı yeni səfiri Hulusi Kılıç Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri ilə görüşdü.



03.03.2008

ATİB-in Fəxri Xiyabana ziyarəti

3 mart 2008-ci ildə ATİB-in İdarə Heyəti Fəxri Xiyabanı ziyarət etdi.



01.03.2008

ATİB Ümumi Yığıncağının növbəti toplantısı keçirildi

İclasda ATİB üzvləri ilə yanaşı, Azərbaycan dövlət orqanları, xarici ölkələrin səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəliklərinin təmsilçiləri də iştirak etdilər.



29.02.2008

Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi ATİB üzvləri ilə görüşdü

29 fevral 2008-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə Büdcə Şöbəsinin müdiri İdris İsayev ilə ATİB üzvlərinin görüşü keçirildi.



15.02.2008

ATİB-in üzvləri Miqrasiya İdarəsi və Dövlət Əmək Müfəttişliyinin rəisləri ilə görüşüb

15 fevral 2008-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) üzvləri Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev və Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü ilə görüşüblər.



01.02.2008

ATİB üzvlərinin Vergilər Nazirliyinin nümayəndələri ilə görüşü

1 fevral 2008-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin ofisində Vergilər Nazirliyinin Vergi Siyasəti Strateji Araşdırmalar baş idarəsinin rəis müavini Həmid Zeynalov və Qanunvericilik və Vergi İnzibatının Təkmilləşdirilməsi idarəsinin rəisi Şamil Ərəbov ilə ATİB üzvlərinin görüşü keçirildi



13.12.2007

Vaşinqtonda Azərbaycan və Türkiyə nümayəndə heyəti yəhudi diaspora nümayəndələrilə görüş keçirmişlər

Azərbaycan və Türkiyə nümayəndə Milli Təhlükəsizlik Məsələləri üzrə Yəhudi Institutunun (JİNSA) ofisində ABŞ-dakı yəhudi diasporasının nümayəndələrilə görüş keçirmişlər.



13.12.2007

Azərbaycan nümayəndə heyəti ABŞ Təmsilçilər Məclisində görüş keçirdi

Azərbaycan-Türkiyə-ABŞ əlaqələri və onların Avrasiya üçün əhəmiyyəti” mövzusunda keçirilən beynəlxalq konfransın işində etmiş AR nümayəndə heyəti 12 dekabr 2007-ci ildə ABŞ Təmsilçilər Məclisində görüş keçiriblər.



12.12.2007

Fəxri Xiyabanı ziyarət

12 dekabr 2007-ci ildə Ümumilli lider Heydər Əliyevin 4-cü ildönümü münasibətilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) heyəti Fəxri Xiyabanı ziyarət etdilər.



12.12.2007

Vaşinqtonda Türkiyə və Azərbaycan musiqisi axşamında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş əsər səslənmişdir

Vaşinqtonda keçirilmiş “Azərbaycan-Türkiyə-ABŞ əlaqələri və onların Avrasiya üçün əhəmiyyəti” mövzusunda beynəlxalq konfrans “Mayflower Hotel”də Türkiyə və Azərbaycan musiqisi axşamı ilə yekunlaşmışdır.



11.12.2007

Vaşinqtonda «Azərbaycan-Türkiyə-ABŞ əlaqələri və onların Avrasiya üçün əhəmiyyətli» mövzusunda beynəlxalq konfrans keçirildi

Dekabrın 10-da Vaşinqtonda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), ABŞ Hudson İnstitutunun Avrasiya Siyasəti Mərkəzi və Con Hopkins Universitetinin Mərkəzi-Asiya-Qafqaz İnstitutunun təşkilatçılığı ilə «Azərbaycan-Türkiyə-ABŞ əlaqələri və onların Avrasiya üçün əhəmiyyəti» mövzusunda beynəlxalq konfrans keçirildi.



05.12.2007

ATİB-in İdarə Heyətinin sədri Türkiyə Prezidenti ilə görüşüb

5 dekabr 2007-ci ildə A.Erentok Türkiyə Prezidenti Abdullah Gül ilə görüşüb.



03.12.2007

Qara Dəniz Ticarət və İnvestisiyaların Təşviqi Proqramının (BSTIP) açılış toplantısı

3 dekabr 2007-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində Qara Dəniz Ticarət və İnvestisiyaların Təşviqi Proqramının (BSTİP) açılış toplantısı keçirildi.



27.11.2007

«Ən Yaxşı Avtopark» layihəsinin qalibləri müəyyən edildi

Müsabiqənin mövzusu əhalisinin sayı getdikcə artmaqda olan Bakı şəhərinin qlobal problemlərindən sayılan “Müasir Standartlara Uyğun Avtopark”dır.



16.10.2007

Moskvada “Avrasiya geosiyasətində Türkiyə, Azərbaycan və Rusiyanın yeri və önəmi” mövzusunda beynəlxalq konfrans keçirildi

16 oktyabr 2007-ci ildə Moskvanın “President” otelində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Rusiya Müasir Humanitar Akademiyasının birgə təşkilatçılığı ilə “Avrasiya geosiyasətində Türkiyə, Azərbaycan və Rusiyanın yeri və önəmi” mövzusunda beynəlxalq konfrans keçirilib.



04.10.2007

“Mövlanəni günümüzdə yaşatmaq, yaşamaq” mövzusunda beynəlxalq elmi simpozium

“Mövlana ili” çərçivəsində oktyabrın 4-də Bakı Dövlət Universitetində (BDU) “Mövlananı günümüzdə yaşatmaq, yaşamaq” mövzusunda beynəlxalq elmi simpozium keçirilmişdir.



03.10.2007

UBCCE İdarəetmə Komitəsinin 2-ci iclası

3 oktyabr 2007-ci ildə Hyatt Regency otelinin Guba zalında UBCCE İdarəetmə Komitəsinin 2-ci iclası keçirildi.



03.10.2007

“Hərlənən dərvişlər”in konserti

“Mövlana ili” çərçivəsində oktyabrın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tədbir keçirilmişdir.



02.10.2007

“Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfrans və biznes forum

Bir gün davam edən konfransda 12 ölkədən 17 federasiya təmsilçisi iştirak etdi. Konfransda UBCCE ilə Aralıq Dənizi İş Adamları Dərnəyi ilə iş memorandumu, eyni zamanda Avstriya Sənayeçilər Federasiyasının UBCCE-yə üzv olmasına dair protokol imzalandı.



28.09.2007

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) mətbuat konfransı keçirdi

Mətuat konfransında məqsəd, ATİB-in 1-4 oktyabr 2007-ci illərdə keçirməyi planlaşdırdığı silsilə tədbirlər haqqında ictimaiyyəti məlumatlandırmaq idi.



12.05.2007

5-12 may 2007-ci il - Türkiyədən gəlmiş könüllü həkim heyətinin Azərbaycan rayonlarına səfəri

Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Türkiyədə fəaliyyət göstərən “Səhiyyə və Təbiət Könüllüləri” (SYMBYOSİS) təşkilatının təşkilatçılığı ilə türkiyəli həkimlər Azərbaycana səfər etdilər.



11.05.2007

“XXI əsrin sağlam ailəsi” mövzusunda elmi-praktik konfrans keçirilib

Mayın 11-də Bakı Dövlət Universitetində (BDU) «XXI əsrin sağlam ailəsi» mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edən BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə təşkil olunan konfransın tələbələr və gənclər üçün önəmindən danışıb.



17.04.2007

ATİB-in təsis etdiyi “Qızıl Çarx” mükafatının təqdimetmə mərasimi keçirildi

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) yaranmasının üç illiyi münasibətilə Azərbaycan Dövlət Filarmoniyasında “Qızıl Çarx” mükafatının təqdimetmə mərasimi keçirilib.



31.03.2007

ATİB-in Ümumi Yığıncağı

31 mart 2007-ci il tarixində ATİB-in Ümumi Yığıncağının növbəti iclası keçirilmişdir.



Əvvəlki 1 2 3 4 5 6 7 8  Sonrakı
AtaHolding AzerCell