"Şirkətimiz nə üçün ATİB-ə üzv olmalıdır?" sualı ilə bizə tez-tez müraciət edirlər. İlk öncə onu bildirək ki, ATİB-ə üzv olmaqla siz bir sıra üstünlüklər əldə edirsiniz.
Yeni biznes əlaqələrinin formalaşdırıması. Sizin şirkətiniz ATİB-in imkanlarından istifadə edərək yeni əlaqələr formalaşdıra bilər. Biz, öz biznesini inkişaf etdirmək istəyən üzvlərimizin hər iki ölkədə biznes sahəsinin liderləri və dövlət rəsmiləri ilə əlaqələr yaratmalarını təmin edirik. Bununla siz öz biznes imkanlarınızı genişləndirirsiniz. Siz həmçinin, təşkil etdiyimiz toplantılarda, konfranslarda, seminarlarda, biznes forumlarda, işgüzar xarakterli ziyafətlərdə iştirak etməklə də öz biznes imkanlarınızı genişləndirə bilərsiniz. Siz bu tədbirlərdə yüksək səviyyəli rəsmi şəxslərin və iş adamlarının fikirləri ilə tanış olacaq və mükəmməl əlaqələr qurmaq imkanı əldə edəcəksiniz.
Şirkətinizin daha yaxşı tanıdılması. Bundan əlavə, həm saytımız, həm də üzvlük kataloqumuz vasitəsilə üzvlərimiz haqqında ən zəruri məlumatlar və onların üstün cəhətləri bütün maraqlı tərəflərə təqdim ediləcək. ATİB-ə yeni qoşulan üzvlər barədə onların fərqli cəhətləri vurğulanmaqla saytımız vasitəsilə ictimaiyyətə məlumat veriləcək. Bundan başqa, şirkətiniz haqqında məlumat, şirkətinizin profili və veb saytınızın linki bizim internet səhifəmizdə yerləşdiriləcək. Siz veb saytın sponsoru olmaqla, həmçinin ATİB-in nəşrlərində reklamınızı yerləşdirməklə şirkətiniz haqqında istədiyiniz informasiyanı maraqlı tərəflərə çatdıra bilərsiniz.
Siz ATİB-in göstərdiyi müxtəlif növ xidmətlərdən istifadə etməklə şirkətinizin Azərbaycanın və Türkiyənin iqtisadiyyatında tutduğu yer haqqında məlumat da əldə edə bilərsiniz.
Ən son informasiyanın əldə edilməsi. ATİB dövri nəşrləri vasitəsilə Azərbaycan və Türkiyənin əlaqələrində baş verən ən mühüm yenilikləri, Azərbaycanda baş verən əsas siyasi və iqtisadi hadisələri, o cümlədən regionda və dünyada Azərbaycan və Türkiyənin maraqları baxımdan mühüm önəm kəsb edən hadisələri işıqlandırmaqla öz üzvlərini regionda və dünyada baş verən hadisələrin kursunda saxlayır. Üzvlər həmçinin veb saytımız vasitəsilə gündəlik xəbərlərlə də tanış ola bilirlər. İnternet səhifəmizdə həmçinin, ATİB-in mütəxəssisləri və ATİB tərəfindən dəvət edilmiş ekspertlər tərəfindən hazırlanan Azərbaycan iqtisadiyyatının müxtəlif tərəflərini analiz edən iqtisadi hesabatlar, analitik informasiyalar da yerləşdirilir. Siz saytımızda həmçinin hər iki ölkənin əsas dövlət və ictimai təşkilatlarının əlaqə informasiyalarını və tender elanlarını da tapa bilərsiniz. Biz, bunlardan əlavə, müxtəlif mövzularda konfranslar və seminarlar təşkil etməklə biznes ictimaiyyəti üçün səmərəli müzakirə platformları formalaşdırırıq. Bütün bunlar sizə öz biznes fəaliyyətinizlə əlaqədar mühüm qərarların qəbul edilməsinə kömək edəcək.
Hər iki ölkədə biznes etiketi və ənənələri ilə tanışlıq. ATİB həmçinin Azərbaycanda və Türkiyədə formalaşmış biznes etikası və ənənələri barədə üzvlərini lazımi informasiyalarla təmin edir. Iki ölkə arasında çox yaxın münasibətlərə və oxşarlıqlara baxmayaraq, biznes etiketi və ənənələri sahəsində fərqlər çoxdur və hər bir iş adamının bu fərqləri bilməsi zəruridir. Bu incəlikləri bilməklə sizin rəqabət qabiliyyətiniz artacaq və bu, sizə bzinesinizdə uğur qazanmağa kömək edəcək.
Müxtəlif layihələrin həyata keçirilməsində iştirak. ATİB bütün bunlarla yanaşı, vizyonundan çıxış edərək Azərbaycanın və Türkiyənin regionda və dünyada nüfuzunun artırılması üçün bir çox layihələri həyata keçirir. Biz, ölkələrimizin mədəniyyətinin, tarixinin və ənənələrinin tanıdılması ilə bağlı həyata keçirdiyimiz işlərlə fəxr edir və əminik ki, üzvlərimiz də bundan məmnunluq duyurlar.
ATİB üzvlük şərtləri və xidmətlər
Hüquqi şəxslər üçün üzvlük formu
Fiziki şəxslər üçün üzvlük formu
Biznes etikası ilə bağlı ATİB-in mövqe sənədi