ATİB-in KÜTLƏVİ
İNFORMASİYA VASİTƏLƏRİ İLƏ ƏMƏKDAŞLIĞI
ATİB yarandığı ilk gündən etibarən KİV-lə
qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan əlaqələr qurmağa çalışmışdır.
ATİB-in KİV-lə əlaqələrinin əsas məqsədləri aşağıda göstərilmişdir:
·
ATİB və ictimaiyyət arasında ünsiyyət, qarşılıqlı anlaşma və
əməkdaşlıq əlaqələri yaratmağa nail olmaq;
·
Çeşidli problem və vəzifələrin həllinə kömək etmək, ictimai rəydən
xəbərdar olmaq, ona vaxtında reaksiya vermək, ictimaiyyətin maraqlarına xidmət
etmək üçün rəhbərliyə imkanlar yaratmaq;
·
Obyektiv və düzgün informasiya verməklə ATİB-in fəaliyyəti barədə cəmiyyətdə
əlverişli rəy yaratmağa nail olmaq.
ATİB
KİV-lə əlaqələrini qurarkən aşağıdakı prinsipləri əsas götürür:
· Qarşılıqlı hörmət prinsipi. İctimaiyyət nümayəndələri,
birlik və təşkilatlarla, KİV-lə əlaqələrdə həmin təşkilat və qurumların qəbul
olunmuş qayda və təcrübələrinə hörmətlə yanaşır, onlardan da özünə qarşı bu cür
münasibət tələb edir.
· Düzgünlük prinsipi. İnformasiya və ya şərhdən
sui-istifadə etmir, yalan və cəmiyyəti azdırmaq xarakteri daşıyan məlumatlar
yaymır.
·
Peşəkarlıq prinsipi. Bu zaman ictimaiyyətlə əlaqələr üzrə Avropa
Peşə Davranışı Kodeksinin (1987-ci ilin aprelində Lissabonda qəbul edilmişdir)
standartlarını əsas götürür.
·
Söz və mətbuat azadlığı prinsipi. ATİB vətəndaşların
informasiya almaq hüquqlarına hörmətlə yanaşır, onlar arasında, həmçinin KİV
subyektləri arasında ayrı-seçkiliyə yol verməməyə çalışır.
·
Şəffaflıq. İşini tam aşkarlıq şəraitində qurmağa və
ictimaiyyətin istənilən subyektinin onunla asan şəkildə əlaqə qurmasını təmin
etməyə çalışır.
· Məxfilik. Təmsil etdiyi təşkilatın fəaliyyəti ilə
bağlı məxfiliyi qoruyur və bu zaman mövcud qanunvericiliyin tələblərinə əməl
etməyə çalışır.
·
Qarşılıqlı etimad prinsipi. Əlaqə yaratdığı ictimaiyyət
subyektləri ilə qarşılıqlı etimad, inam və etibar şəraitində fəaliyyət
göstərməyə çalışır və öz tərəfindən bu şəraitin yaradılması və qorunması üçün
əlindən gələni edir.