ATİB-in təşəbbüsçüsü olduğu Azərbaycan Beynəlxalq İş Adamları Federasiyasının yaradılması ilə əlaqədar ilk addım 28 Oktyabr 2005-ci il tarixdə ATİB ofisində Аzərbaycan Respublikasında fəaliyyət göstərən yerli və xarici iş adamları birlikləri və assosiasiyalarının (biznes qurumların) Koordinasiya Şurası adı altında birləşməsi ilə bağlı keçirilən görüşdə atılmışdır.
Koordinasiya Şurasının yaradılmasının əsas məqsədi Azərbaycanda biznes şəraitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, dövlət başçısı və hökumətə iqtisadi siyasət ilə bağlı müvafiq təkliflərin təqdim edilməsi və s. ibarətdir. İlk nümunə kimi 4 Noyabr 2005-ci il tarixində Koordinasiya Şurasının bütün üzvləri tərəfindən Аzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasətini dəstəkləmək məqsədilə imzalanmış "Prezidentə Müraciəti" göstərmək olar.
Ötən müddət ərzində bir sıra təşkilatlar ABİF-in təsisçiliyində iştirak ilə bağlı müsbət rəylərini bildirmişlər. Hazırda təşkilatın Azərbaycan qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınması üçün müvafiq sənədlər toplanmaqda və hazırlanmaqdadır.
ATİB Azərbaycanda fəaliyyət göstərən iş adamları birliklərini və təşkilatlarını ABİF-in təsisçiliyində iştirak etməyə dəvət edir və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bəyan edir.