www.undpforblacksea.org www.usazeris.org

TAR Konsepsiyası

ATİB Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni əlaqələr baxımından Türkiyə və Rusiyaya ən yaxın ölkə olduğundan çıxış edərək TAR (Türkiyə – Azərbaycan – Rusiya) konsepsiyasını irəli sürmüşdür.

TAR konsepsiyasının həyata keçirilməsi Türkiyə, Azərbaycan, Orta Asiya respublikaları, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Moldovanın daxil ola biləcəyi regional iqtisadi inkişaf modelinin formalaşmasına gətirib çıxara bilər. Bununla da, 400 milyon nəfərlik əhalisinin tərkibində gənclərin üstünlük təşkil etdiyi və dinamik inkişafda olan, çoxsaylı əməkdaşlıq fürsətləri olan bir regionun dünya iqtisadiyyatına inteqrasiyası TAR konsepsiyası kimi çoxmilli layihələr vasitəsilə daha tez təmin ediləcəkdir.

ATİB-in təşəbbüskarlığı ilə üç ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün ATİB və Rusiya Müasir Humanitar Akademiyası tərəfindən 16 oktyabr 2007-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində üç ölkənin Avrasiya geosiyasətində yerini araşdıracaq beynəlxalq elmi-praktiki konfrans təşkil edilmiş və bu konfransın ənənəvi olacağı qərara alınmışdır.


AtaHolding AzerCell