www.undpforblacksea.org www.usazeris.org

ATİB ailəsinə daha bir şirkət daxil olub

TEKFEN İnşaat və Tesisiat A.Ş.-nin Bakı nümayəndəliyi ATİB üzvlüyünə qəbul edilib.

Qeyd edək ki, TEKFEN İnşaat ve Tesisat A.Ş. Türkiyənin və regionun ən qabaqcıl inşaat şirkətlərindən biridir. Təsis edildiyi 1956-cı ildən etibarən, 50 ildən artıq bir müddət ərzində öz zəngin təcrübəyə malik işçi qüvvəsi, böyük maşın-mexanizm, avadanlıq parkı və düzgün qurduğu fəaliyyət siyasəti sayəsində TEKFEN İnşaat ve Tesisat A.Ş. inşaat sektorunda böyük nailiyyətlər əldə edib.

Şirkət bu gün də həm Türkiyədə, həm də dünyanın müxtəlif ölkələrində, o cümlədən,  İraqda, Küveytdə, Səudiyyə Ərəbistanında, Yəməndə, Qatarda, Əmmanda, Mərakeşdə, Azərbaycanda, Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda, Rusiya Federasiyasında, Bolqarıstanda, Almaniyada, bir-birindən fərqli və mürəkkəb inşaat sahələrində öz səmərəli fəaliyyətini davam etdirir və həyata keçirdiyi bütün layihələri uğurla başa vuraraq, sifarişçilərinin rəğbətini qazanır.
 
TEKFEN İnşaat ve Tesisat A.Ş. Azərbaycanın inşaat bazarına çox böyük uğurla uyğunlaşa bilib, bu bazarda 15 ildən artıq bir müddət ərzində müxtəlif həcmli layihələrə imza atıb və həyata keçirib.

Şirkət haqqında daha ətraflı www.tekfen.com.tr


Geriyə
AtaHolding AzerCell