www.undpforblacksea.org www.usazeris.org

ATİB baş katibi “yaşıl iqtisadiyyat”a həsr edilmiş seminarda iştirak edib

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti sədrinin müavini və baş katibi Rəşad Rəsullu 23-25 iyun tarixlərində Almaniyanın Frankfurt şəhərində "yaşıl iqtisadiyyat" mövzusunda seminarda iştirak edib.

Seminar Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyi (UBCCE) və Almaniya Texniki Əməkdaşlıq Agentliyi (GTZ) tərəfindən təşkil edilib və qeyd edilən qurumların həyata keçirdiyi "Yaşıl Biznesi Dəstəkləmə Strategiyasının Formalaşdırılması" layihəsinə start verilməsi məqsədi daşıyıb. Seminarda həmçinin, Albaniya, Gürcüstan, Almaniya, Qazaxıstan, Rumıniya, Türkiyə və Ukraynadan da nümayəndələr iştirak ediblər.

Layihənin əsas məqsədi iqlim dəyişiklikliyinin ortaya çıxardığı çağırışlara və imkanlara özəl sektor tərəfindən çevik və səmərəli cavab verilməsi üçün ümumi biznes strategiyasının formalaşdırılmasıdır. Strategiya çərçivəsində özəl sektora və digər maraqlı tərəflərə idarəetmə məsələləri, biznes imkanları, texnologiya transferi və əməkdaşlıq barədə lazımi informasiya təqdim ediləcək. Layihənin əsas fokusu iqlimə uyğun texnologiyalar, enerji və resurslardan səmərəli istifadə məsələləri olacaq.

Tədbir zamanı Azərbaycanın layihə çərçivəsində pilot ölkə seçilməsi və bu ilin dekabr ayında ATİB-in də təşkilatçılığı ilə ölkəmizdə mövzu ilə əlaqədar konfransın keçirilməsi qərara alınıb.

 


Geriyə
AtaHolding AzerCell