ATİB Baş katibi konfransda çıxış edib
Azərbaycan Türkiyə İş Adamları
Birliyinin (ATİB) İdarə Heyəti sədrinin müavini və Baş katibi Rəşad Rəsullu 14
iyul 2010-cu ildə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım
Fondunun təşkilatçılığı və Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi və Avropa
Komissiyasının dəstəyi ilə keçirilən "Kiçik sahibkarlığın inkişafı yolları"
mövzusunda konfransda çıxış edib.
"Biznes assosiasiyaları və onların
kiçik sahibkarlığın inkişafında rolu" mövzusunda çıxış edən Rəşad Rəsullu
Azərbaycanda biznes assosiasiyaların mövcud durumu, ölkəmizdə bu cür
təşkilatların zəif inkişafının səbəbləri, onların qarşısında duran əsas
problemlər haqqında danışıb, həmçinin Azərbaycanda iş adamları birliklərinin
kiçik və orta sahibkarlığın inkişafı üçün həyata keçirə biləcəkləri məsələlərə
toxunub. O, həmçinin Türkiyədə biznes assosiasiyalar və iş adamları
birliklərinin fəaliyyəti və təcrübələri barədə də konfrans iştirakçılarına
məlumat verib.