ATİB ofisində Türkiyə Respublikasının Dövlət Naziri Zafer Çağlayanın Azərbaycana səfəri müzakirə olunub
20 iyul 2010-cu ildə
ATİB ofisində Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Ticarət Baş Müşaviri Qazi Bilginin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Nümayəndə heyətinin tərkibinə Türkiyə
Respublikasının Dövlət Naziri Zafer Çağlayanın Azərbaycan səfərinin təşkili üçün ölkəmizə
gəlmiş təmsilçilər daxil olublar.
Görüşdə ATİB
tərəfindən İdarə Heyətinin sədri Fatimə Aslan, sədrin birinci müavini Cemal
Yangın və sədr müavini Rəşad Rəsullu iştirak
ediblər.
Tərəflər Türkiyə
Respublikasının Dövlət Nazirinin 28-29 iyul 2010-cu il tarixində həyata keçirilməsi
planlaşdırılan Bakı səfəri ilə bağlı məsələləri müzakirə
ediblər.