www.undpforblacksea.org www.usazeris.org

ATİB Azərbaycan-Türkiyə biznes-forumuna təşkilati dəstək verib


29 iyul 2010-cu ildə Bakı Biznes Mərkəzində baş tutan tədbir Azərbaycan haqqında filmin nümayiş olunmasıyla başlayıb.         

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanla Türkiyə arasındakı əlaqələrin dinamik inkişafının göz qabağında olduğunu bildirib. Nazir 2002-ci ildən Azərbaycan iqtisadiyyatına türk iş adamları tərəfindən davamlı olaraq sərmayə yatırıldığını və bu gün da bunun davam etdiyini bildirib. Ş.Mustafayev ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına münbit zəmin yarandığını da qeyd edib.            
 
Azərbaycanla Türkiyə arasındakı ticarətin həcminin ən azı 5 milyard dollar olmasının zəruriliyini qeyd edən Z.Çağlayan bütün dünyanın diqqətini Azərbaycana çəkmək istədiklərini qeyd edib.             

Tədbir Türkiyəli iş adamlarına Azərbaycanın iqtisadi imkanları, mövcud potensial, prioritet layihələr barədə məlumatlar verilib. 

Qeyd edək ki, ATİB İdarə Heyəti və Katibliyi tədbirə təşkilati dəstək verib.       

Geriyə
AtaHolding AzerCell